Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gəncə Avtomobil Zavodu tənəzzüldə

Baxılıb: 652     Tarix: 18-10-2019 12:11   

2019-cu ilin yanvar- sentyabr dövründə ölkəmizdə 886 ədəd traktor istehsal edilib. “Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə traktor istehsalı 26,2% azalıb.
İstehsal edilmiş traktorların çoxu satılmayıb. 01.10.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 358 ədəd traktor təşkil edib.
Azərbaycanda traktorların yeganə istehsalçısı Gəncə Avtomobil Zavodudur.
Zavod 2007-ci ildən etibarən dövlət sifarişi əsasında müxtəlif modeldə traktorlar yığaraq “Aqrolizinq” ASC-yə təhvil verirdi. “Aqrolizinq” aldığı traktorları lizinq şərtləri ilə fermerlərə satırdı.
2019-cu ildən mexanizm dəyişib. Artıq texnikaların güzəştli şərtlərlə əldə edilməsini Aqrar Kredit və İnkişaf Agentliyi təşkil edir. Agentlik Gəncə Avtomobil Zavodundan və digər şirkətlərdən traktor alaraq fermerlərə satmır. İndi seçim azaddır. Fermer istədiyi təchizatçıdan (şirkətdən) texnikanı (o cümlədən traktoru) seçir, müqaviləsini bağlayır, pulunu ödəyir və sonra 40% güzəşti almaq üçün Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edir. Yəni, 40% güzəştlə traktor alan zaman mütləq Gəncə Avtomobil Zavodunun traktorunu almaq tələbi yoxdur.
Ehtimal ki, dövlət sifarişlərinin olmaması ilə də bağlı olaraq Gəncə Avtomobil Zavodunun istehsalı azalıb. Azərbaycan bazarında müxtəlif markaların traktorları satılır və fermerlə bu traktorları da dövlətin dəstəyi ilə əldə edə bilirlər. Qısası, bazarın liberallaşması Gəncə Avtomobil Zavoduna mənfi təsir edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar