Xəbər lenti
06/06/2026 [12:42]
ABŞ onlara viza vermədi
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mehriban Əliyevadan Qarabağ qazisinə JEST

Baxılıb: 959     Tarix: 01-11-2019 13:10   

2014-cü ildə "Xalq Bank"dan aldığı krediti ödəyə bilməməsi səbəbindən dövlət tərəfindən verilən evinə həbs qoyulan Qarabağ qazisi Qurban Qurbanovun evini Birinci vitse-prezident Mehriban Əliyeva geri qaytarıb.
Qanunvehedef.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı şairə -yazar Səbinə Yusif qeyd edib. O bildirib ki, Mehriban Əliyeva Qarabağ qazisinin problemini tez bir zamanda aradan qaldırıb.
"Səsimizə Birinci vitse-prezident Mehriban Əliyeva səs verdi. Heydər Əliyev Fondu Qarabağ qazisi Qurban Qurbanovun evini geri qaytardı. Hörmətli Prezidentimiz İlham Əliyev, hörmətli Birinci vitse-prezidentimiz Mehriban Əliyeva, sizə Qarabağ qaziləri adından, qazaxlılar adından dərin təşəkkürümü bildirirəm".
Qeyd edək ki, ikinci qrup əlil olan Qarabağ qazisi Qurban Qurbanov həyat yoldaşının və oğlunun xəstəliyi səbəbindən 2014-cü ilin oktyabrında dövlət tərəfindən ona verilən evi girov qoyaraq, "Xalq Bank" 13 min manat kredit götürüb. Lakin o, bir müddət sonra kreditin 5 min manatını ödəyə bilmədiyi üçün evinin üzərinə həbs qoyulub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar