Kapital Bank tələbələrə “Smart tələbə kartı” təqdim etdi
Baxılıb: 847 Tarix: 04-11-2019 12:09
1 noyabr 2019-cu il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni “Smart tələbə kartı”nın təqdimat mərasimi keçirildi. Yeni məhsul Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Bankın və UNEC-in təşəbbüsü, Kapital Bank və Mastercard-ın dəstəyi ilə həyata keçirib.
Qanunvehedef.az xəbər verir ki, tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, UNEC-in rektoru, professor Ədalət Muradov, Kapital Bank-ın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə, Mastercard-ın Azərbaycan üzrə ölkə direktoru Erdem Çakar, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri, universitetin müəllim-tələbə heyəti və media nümayəndələri iştirak ediblər.
“Yeni kart vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərini həyata keçirəcəklər. Regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcək. Tələbələr smart kartı universitetə, UNEC-in kitabxanasına və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunmasının nəzərdə tutulduğu vurğulanıb. Yeni kart məhsulu təhsilin inkişafı üzrə dövlət proqramına dəstək verməsi ilə yanaşı, həmçinin nağdsız ödənişlərin stimullaşdırılmasına da öz töhfəsini verəcək”, - deyə, Kapital Bank-ın Baş Korporativ Satış İnzibatçısı Fərid Hidayətzadə bildirib.
Tədbirin sonunda UNEC-in birinci kursunda oxuyan 20 nəfər Prezident təqaüdçüsünə ilk smart tələbə kartları təqdim edildi.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Ən çox oxunanlar
Son xəbərlər