KOBİA-nın təşkilatçılığı ilə məhsullarımız ilk dəfə “Global Village” Beynəlxalq Yarmarkasında
Baxılıb: 541 Tarix: 04-11-2019 12:57

Yarmarkanın açılışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Global Village” Beynəlxalq Yarmarkasının baş icraçı direktoru Bader Anvahi və digər rəsmi şəxslər və ziyarətçilər Azərbaycan pavilyonu ilə tanış olublar. Azərbaycan pavilyonu və məhsullarımız sərgi ziyarətçiləri və xarici qonaqlar tərəfindən maraqla qarşılanıb.
1996-cı ildən təşkil edilən “Global Village” Beynəlxalq Yarmarkası hazırda Dubayın ən böyük satış bazarı, açıq havada isə dünyanın ən böyük beynəlxalq yarmarkasıdır. Keçirildiyi müddətdə yarmarka bölgədəki turizm, istirahət, əyləncə və alış-veriş mərkəzinə çevrilir. 2018-ci ildə “Global Village”i 7 milyon nəfər ziyarət edib. Oktyabrın 29-dan 2020-ci ilin aprelinədək davam edəcək yarmarka 150 hektar ərazidə yerləşir. Burada müxtəlif ölkələrin məhsulları nümayiş olunur və satışı həyata keçirilir. Bu ilki “Global Village” Beynəlxalq Yarmarkasında Azərbaycan da daxil olmaqla 78 ölkənin 26 pavilyonu nümayiş olunur. Ümumilikdə bu ilki “Global Village” pavilyonlarında 3500-dən çox mağaza, 78 mədəniyyət tədbiri, 20-dən çox restoran və kafe, 120-dən artıq kiosk fəaliyyət göstərəcəkdir.
Ən çox oxunanlar
Son xəbərlər