Xəbər lenti
06/06/2026 [12:42]
ABŞ onlara viza vermədi
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Huavey" Avropa iqtisadiyyatını silkələdi

Baxılıb: 741     Tarix: 05-11-2019 07:41   

Çinin “Huavey” şirkəti 2018-ci ildə Portuqaliyanın ümumi daxili məhsuluna (ÜDM) 50 milyon avro, bütün Avropa üzrə ÜDM-ə isə 12,8 milyard avro məbləğində təsir göstərib.
Qanunvehedef.az Azərtac-a istinadən xəbər verir ki, Britaniyanın “Oxford Economics” konsaltinq şirkətinin məlumatına görə, “Huavey” Portuqaliyada 90 milyon avro məbləğində vergi ödəyib və ölkədə 900 iş yeri yaradıb.
“Oksford Ekonomiks”in məlumatı Parisdə keçirilən “Huavey” İnnovasiyalar Günündə təqdim edilib.
Hesabata görə, Portuqaliya Çin şirkətinin Avropada iqtisadi təsir göstərdiyi əsas ölkələrdən deyil. Bu siyahıya Macarıstan liderlik edir. Macarıstanda “Huavey”dən ÜDM artımı 0,39 faiz təşkil edib. Həmin göstərici İsveçrədə 0,16 faiz, Böyük Britaniyada 0,14 faiz, Rumıniyada 0,13 faiz, Finlandiyada 0,12 faiz, Niderland, İsveç və Litvada 0,10 faiz, Almaniya və Bolqarıstanda 0,09 faiz təşkil edib.
“Huavey”nin Çinin hüdudlarından kənarda ən iri bazarı Avropadır. Şirkət 5G mobil internet texnologiyasının inkişafı sahəsində liderlərdən biridir və onun 50 lisenziyasından 28-i Avropa operatorları üçün işləyir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar