Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Millət vəkili Bakıda 1.4 milyona torpaq satır (FOTOLAR)

Baxılıb: 736     Tarix: 06-11-2019 11:30   
Millət vəkili, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev Gənclik metrosu yaxınlığında, "Milyonerlər məhəlləsi" adlandırılan ərazidə 5 sot torpaq sahəsini satışa çıxarıb.
Qanunvehedef.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə araşdırmacı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Jurnalistin sözlərinə görə, millət vəkili torpaq sahəsinə 1,4 milyon manat qiymət qoyub. Ərazi deputatın böyük oğlu Samir Hacıyev tərəfindən keçən ayın ortalarında əmlakçılara təqdim olunub.
Sabir Hacıyevin oğlu eyni vaxtda Buzovnada dəniz kənarındakı 18 sot torpaq sahəsini də 250 min manata satışa təqdim edib. Daşınmaz əmlak saytlarında müvafiq elan təcili qrifi ilə yerləşdirilib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar