"Şüurlu adam öz ata-anasını bu qədər söydürərmi?"- Sabir Rüstəmxanlı
Baxılıb: 658 Tarix: 06-11-2019 12:38
Xəbər verdiyimiz kimi Deputat Araz Əlizadə İTV-də yayımlanan 3D proqramının qonağı olub. Verlişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandıran Araz Əlizadənin Türkiyə haqqında söylədiyi bəzi fikirlər mübahisəyə səbəb olub. Araz Əlizadə Türkiyə ilə Azərbaycanın qardaş ölkə olmadığını da söyləyib:"Türkiyə ilə Azərbaycan arasında olan qan qruplarındakı elementlerə nəzər salsaq görərik ki, bir birilərinə heç uyğun gəlmirlər. Türklər Asiyadan gəlmədirlər, onlar sarı irqə məxsusdur. Azərbaycanlılar isə, Hind-Avropa irqinə aiddir".
Bununla bağlı Qanunvehedef.az-a danışan Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, Araz Əlizadə müyyən vaxtlarda buna bənzər, heç bir tarixi həqiqətə, Azərbyacanın milli maraqlarına, vətəndaş düşüncəsinə sıxmayan fikirlər səsləndirir:"Bu fikirləri səsləndirməkdə Araz Əlizadənin məqsədi cəmiyyəti çaşdırmaq, iki ölkə arasında münasibətləri pozmaqdır. Normal düşüncə sahibi bu cür əsasız fikirləri ortaya atmaz. Bu onun yolu,öz fikri ola bilər. Amma parlamentdə oturan millət vəkilinin Azərbaycanın dövlətçilik maraqlarına bu qədər zərbə vuran fikirlər ortaya atması düzgün deyil. Araz Əlizadə Azərbaycanda tanınan ailənin oğludur. Böyük qardaşı Zərdüşt Əlizadə kifayyət qədər tanınan hörmət qazanan insandır. Onun anası və atasının mən universitetdən tanıyıram. Araz Əlizadə fikir səsləndirən kimi millət haqlı olaraq onu söyüb, təhqir etməyə başlayır. Bu söyüşlərin içində anası da atası da gedir. Başa düşmürəm bir adam niyə bu qədər atasını, anasını söydürməyə maraqlı olsun?!. Onun atası şərqşunas olub. Azərbaycanın pedaqogiya tarixində olan adamdır. Şüurlu adam öz ata-anasını bu qədər söydürərmi? Məni təəccübləndirən budur".

Ən çox oxunanlar
Son xəbərlər