Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Pensiyalarla bağlı əhaliyə ŞAD XƏBƏR: gələn aydan etibarən...

Baxılıb: 489     Tarix: 18-12-2019 12:19   

"Pensiya alan vətəndaşımızın aldığı pensiya məbləği artıq gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar".
Qanunvehedef.az xəbər verir ki, bunu Sosial və İqtisadi İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov qeyd edib.İqtisadçı ekspert bildirib ki, son günlər CESD-ə pensiya məbləğlərinin necə indeksasiya olunacağı ilə bağlı daha çox suallar ünvanlanır: "Qeyd edək ki, hər ilin yanvarında pensiya və eləcə də pensiya kapitalının indeksasyası həyata keçirilir. Mövcud qanunvericiliyə əsasən, pensiya məbləğləri əvvəlki ildə orta aylıq əmək haqqıdakı artımlara, pensiya kapitalı isə infilyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunur. Bu o deməkdir ki, pensiya alan vətəndaşımızın aldığı pensiya məbləği artıq gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar. Pensiya kapitalı olan, amma hələlik pensiya yaşı çatmayan vətəndaşlarımız yığımı isə infilyasiya göstəricisi ilə indeksasiya olunub artırılacaq".
Ekspert qeyd edib ki, hələlik, pensiya məbləğlərinin indeksasiya məbləği dəqiqləşməyib: "Çünki bu rəqəm il başa çatandan sonra müəyyənləşir. Gözlənilir ki, 2020-ci il yanvarın ikinci yarısı Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqıdakı rəsmi artımı elan etdikdən sonra pensiya məbləğləri indeksasiya olunaraq artırılacaq".
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında orta aylıq əmək haqqı 5,6 faiz artıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar