Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Gələn il Azərbaycanda 4,8%-lik inflyasiya proqnozlaşdırılır

Baxılıb: 605     Tarix: 26-12-2019 12:39   

Gələn il Azərbaycanda 4,8%-lik inflyasiya proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Yeni Azərbaycan Partiyasında keçirdiyi mətbuat konfransında deyib.
V.Qasımlı bildirib ki, inflyasiya idarəedilən olmalıdır: "Çox yaxşı haldır ki, Azərbaycan Mərkəzi Bankı buna nəzarət edir. Beynəlxalq təşkilatlar da bildirir ki, Azərbaycanda hazırda mövcud olan 2,6%-lik inflyasiya göstəricisi optimaldır".
Mərkəzin icraçı direktoru əlavə edib ki, inflyasiya göstəricisində volatiliyin olması təhlükəlidir: "Həm inflyasiya göstəricisinin kəskin artması, yaxud kəskin azalması eyni dərəcədə təhlükəlidir".



Ən çox oxunanlar
{sape_links}{sape_article}