Bakıdakı iki məşhur market cərimələndi
Baxılıb: 889 Tarix: 16-07-2020 11:08
Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində Yasamal rayonu ərazizində Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri və rayonda yaradılan Operativ Qərargahın üzvlərinin iştirakı ilə fəaliyyətinə icazə verilən bir sıra obyektlərə baxış keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Qanunvehedef.az-a verilən məlumata görə, reydlər zamanı bəzi obyektlərdə çatışmamazlıqlar aşkar edilib:
“Belə ki, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsindəki “OBA” marketdə və “Qrandmart” supermarketində nöqsanlar müəyyən edilərək onların dərhal aradan qaldırılması üçün obyekt sahiblərinə ciddi tapşırıqlar verilib. Reydin nəticəsi olaraq “OBA” marktin məsul işçisi Qənbərov Ağakərim və “Qrandmart” supermarketinin işçisi Paşayev Elgiz İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən 100 manat cərimə edildi, obyektlərin rəhbərləri isə ciddi xəbərdarlıq edildilər.
Reyd iştirakçıları tərəfindən obyektlərdə işçi heyətə canlı təmas zamanı tənəffüs yollarını qoruyan tibbi maska, parça maska, respirator və s. kimi vasitələrdən istifadə olunması barədə üçün müvafiq göstərişlər verilib”.
Ən çox oxunanlar
Son xəbərlər