Lord Devid Evans: "ATƏT-in Minsk Qrupu məsuliyyət daşıyır"
Baxılıb: 725 Tarix: 19-07-2020 12:43
"Ermənistanın Azərbaycana qarşı təcavüzünü görmək məni çox məyus etdi. Mənim Azərbaycanla çox yaxşı dostluq əlaqələrim var və mən Azərbaycan Prezidentinə, xalqına, Azərbaycandakı çox yaxşı dostlarımıza başsağlığı vermək istəyirəm".
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu sözləri Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Devid Evans deyib.
Lord Evans bildirib ki, həyatını itirən generala, zabitlərə, əsgərlərə, mülki vətəndaşlara və onların ailələrinə görə dərin kədər hissi keçirir: "Hər hansı bir qüvvə tərəfindən göstərilən bütün təcavüzkar davranışlar qəbuledilməzdir və mən bunu qeyd-şərtsiz qınayıram".
Lord Evans bildirib ki, ATƏT-in Minsk Qrupu vasitəçilik üçün məsuliyyət daşıyır: "Mən bunun baş verməsini çox gözləyirəm. Bu, gec-tez baş verməlidir, çünki heç kim müharibə istəmir. Bu konfliktin düzgün və ya səhv tərəflərini bir kənara qoyaraq, mən ümid edirəm ki, hər iki tərəf problemi müzakirə etmək üçün mənalı danışıqlar aparmağa inandırıla bilər. İki ölkə arasında münaqişələr yeni deyil, uzun müddətdir ki, davam edir. Mən heç kimin böyük itkilərlə üzləşəcəyi müharibə tərəfdarı olduğuna inanmıram".
Lord David Evans bildirib ki, Britaniya hökuməti də məsələ ilə bağlı öz narahatlığını artıq ifadə edib: "Məsələnin həlli üçün beynəlxalq ictimaiyyətin vasitəçilik edəcəyinə inanıram. Parlamentlərarası əlaqələr üzrə işçi qrupu da məsələnin həlli üçün çalışır. Mən də bunu dəstəkləyirəm".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər