Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb

Baxılıb: 892     Tarix: 14-08-2020 14:24   

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, avqust ayının 13-də RPŞ-yə rayon ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirliməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıb, mərasim iştirakçıları saxlanlıraq rayon Polis Şöbəsinə gətirilib.
Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Elşən Qocayev qohumlarını dəvət edərək övladı üçün nişan mərasimi keçirmək istəyib.
Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. Polis əməkdaşlarla onlarla bir daha profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar