Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Nazirlikdən karantində qızına nişan etdiyi üçün cəzalandırılan vəzifəli şəxslə bağlı AÇIQLAMA

Baxılıb: 874     Tarix: 27-08-2020 11:31   

Təhsil Nazirliyi Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın qızı Mehparə Əzizovaya karantin zamanı nişan etməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşların pandemiya dövründə karantin rejiminin qaydalarına əməl etmələri barədə nəzarət funksiyasını aidiyyəti qurumlar həyata keçirir:
"Bununla bağlı müvafiq qurumlara müraciət etməyiniz tövsiyə edilir. Təhsil Nazirliyi hər kəsin qaydalara əməl edəcəyinə, ümumi sağlamlığımız üçün tədbirli davranacağına ümidvardır".
Xatırladaq ki, iyulun 9-da Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanovanın qızı Mehparə Əzizovanın Ağdam rayonu Quzanlı qəsəbəsində nişan mərasimi keçirilib.
Mehparə Əzizovanın Ağdam Rayon İcra Hakimiyyətinin işçisi olan Fəzəməli Nurlan Muradxan oğlu ilə nişanlandığı və nişan mərasimində rayonun icra hakimiyyətinin yüksək vəzifəli şəxslərinin iştirak etdiyi iddia edilib.
Mətanət Misirxanova ötən gün redaksiyamıza açıqlamasında karantin qaydalarını pozduğuna görə haqqında Ağdam Rayon Polis Şöbəsi tərəfindən inzibati protokol tərtib edildiyini də bildirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar