Xəbər lenti
28/07/2026 [12:55]
Sabah 40° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Əfqanıstan XİN: Dağlıq Qarabağın işğalına son qoyulmalıdır

Baxılıb: 935     Tarix: 28-09-2020 17:32   

"Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ bölgəsində Ermənistan və Azərbaycan arasında davam edən şiddətli toqquşmalar nəticəsində insan itkilərinə və dağıntılara görə təəssüfünü və narahatlığını bildirir".
Qanunvehedef.az xəbər verir ki, bu barədə Əfqanıstan XİN-in bəyanatında bildirilib.
"Dağlıq Qarabağ bölgəsi Azərbaycanın bir hissəsidir və beynəlxalq səviyyədə də belə tanınıb. Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir və Azərbaycan hökuməti və xalqının, həmçinin dünyanın digər ölkələrinin bu məsələdə səylərini dəstəkləyir.
Əfqanıstan İslam Respublikasının Xarici İşlər Nazirliyi atəşkəsin bərpasına və bölgədəki uzun müddətdir davam edən böhranın sülh yolu ilə həllinə çağırır", - XİN-in bəyanatında bildirilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar