Xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanları...
Baxılıb: 801 Tarix: 28-09-2020 18:12
Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) siyahısı açıqlanıb.
Qanunvehedef.az xəbər verir ki, komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanları (qurumları) aşağıdakılardır:
1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
3. Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi
6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
8. Azərbaycan Respublikasının Baş Prokurorluğu
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
10. Məhkəmə orqanlarının əməkdaşları, vəkillər
11. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
13. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında)
14. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
15. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti
16. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
17. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti
18. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti
19. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi
20. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti
21. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
22. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
23. Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri
24. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik.
Ən çox oxunanlar
Son xəbərlər