Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Anar Bağırov Adil İsmayılovdan yazdı

Baxılıb: 681     Tarix: 03-12-2020 12:06   

"Adil İsmayılov qəlbimizdə təcrübəli, savadlı, prinsipial, müdrik bir həmkar kimi həmişə yaşayacaq".
"Report"un xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov özünün "Facebook" səhifəsində yazıb.
O bildirib ki, son dəfə təxminən 20 gün əvvəl Adil müəllimlə telefonla danışıb:
"Özüm zəng vurdum, çoxdandır ondan xəbər yox idi, nə isə narahatçılıq hiss etdim. Mənə hər şeyin qaydasında olduğunu, narahatçılıq üçün heç bir əsasın olmadığını bildirdi. Mən isə o zaman heç vaxt təsəvvür edə bilməzdim ki, bu bizim son danışığımızdır. Adil müəllim 28 ildən çox vəkil kimi fəaliyyət göstərirdi. Ölkənin ən tanınan və nüfuzlu vəkillərindən idi. Vəkilliyin nüfuzunun artırılmasında xidmətləri danılmazdır. Son 3 ildə Vəkillər Kollegiyası tərəfindən 2 dəfə təltif olunmuşdu. Hər dəfə təltifi təqdim edəndə deyirdi ki, mənim heç vaxt təltifim olmayıb və buna lüzum görmürəm. Hər dəfə izah edirdim ki, Adil müəllim, bu sizin zəhmətinizə, xidmətlərinizə peşə birliyiniz tərəfindən gec də olsa verilən qiymətdir, bunu çoxdan öz fədakar əməyinizlə qazanmısınız. Allah sizə rəhmət eləsin, əziz Adil müəllim, məkanınız cənnət olsun, Allah bütün vəkillərimizə və yaxınlarınıza səbir versin!"

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking