Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Qələbə paradının aparıcısı bəlli oldu - FOTO

Baxılıb: 563     Tarix: 09-12-2020 13:43   

Dekabrın 10-da Bakıda, Azadlıq meydanında keçiriləcək Zəfər paradının aparıcısı bəlli olub.
Qanunvehedef.az Modern.az-a istinadən xəbər verir ki, tədbirin ssenari müəllifi və aparıcısı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olacaq.
Müdafiə Nazirliyinin məlumatına görə, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.
Paradda həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar