Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Yaralı halda xəstəxanadan çıxıb döyüşə yollanıb - "Şuşa qartalı" adlandırılan şəhid mayor - FOTO

Baxılıb: 507     Tarix: 10-12-2020 11:04   

Son döyüşlərdə göstərdiyi şücaətlərə görə döyüş yoldaşları ona "Şuşa qartalı" adını vermişdilər. O, Şuşa azad edildikdən sonra şəhidlik zirvəsinə ucalıb.
Qanunvehedef.az xəbər verir ki, bunu Trend-ə Vətən Müharibəsində şəhid olan mayor Bəhruz Abışovun qardaşı Zaur Abışov deyib.
Onun sözlrinə görə, 1983-cü il təvəllüdlü B.Abışov orta məktəbi bitirdikdən sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub. Akademiyanı uğurla başa vuran B.Abışov N saylı hərbi hissədə bölük komandiri kimi işə başlayıb. Daha sonra müxtəlif vəzifələrdə çalışıb. 2016-cı ildən Xüsusi Təyinatlı Qüvvələrdə çalışmağa başlayıb.
Z.Abışov əlavə edib ki, qardaşı müharibənin ilk günlərindən döyüşlərdə iştirak edib. O, Murovdağ yüksəkliyi, Cəbrayıl, Xocavən rayonunun Hadrut qəsəbəsnin, Tuğ, Azıx, Böyüktağlar kəndlərinin, Daşaltı qəsəbəsinin, Şuşanın işğaldan azad olunmasında böyük qəhrəmanlıqlar göstərib:
"Döyüş yoldaşlarının dediyinə görə, döyüşlərdə yaralanan zaman onu xəstəxanaya aparıblar. Ona deyiblər ki, bir neçə gün burada yatmalısan. Lakin "döyüş yoldaşlarım orada döyüşür, mən burada qala bilmərəm" deyib xəstəxanadan çıxaraq yenidən döyüşlərə gedib".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar