Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Şuşa dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək - VİDEO

Baxılıb: 535     Tarix: 16-12-2020 16:04   

Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq "Azərişıq" ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını "Azərişıq Qarabağda" layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirir.
Qanunvehedef.az xəbər verir ki, artıq Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar yeni çəkilən elektrik veriliş xətti vasitəsiylə elektrik enerjisi ilə təmin olunub.
İndi əsas hədəfimiz Şuşa şəhərini də ən qısa vaxtda dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir. Bunun üçün artıq mal-material göndərilib, yeni xəttin çəkilişi ilə bağlı işlər görülür. Dağ və meşəlik həmçinin çətin relyefli ərazilər olmasına baxmayaraq "Azərişıq" ASC əməkdaşları qar və şaxtalı havada işlərini fədakarlıqla görür.
Başqa bir təhlükə isə iş gedən ərazilərdə ermənilərin basdırdığı minalardı. Bu təhlükəni aradan qaldırmaq üçün ərazidə öncə mina axtaranlar işləyir. Müəyyən olunmuş layihə üzrə ərazilər minalardan təmizlənir, daha sonra isə xətlərin çəkilişi həyata keçirilir. Mümkün olan ən qısa vaxtda "Şükürbəyli" yarımstansiyasından qidalanmaqla Şuşa şəhəri elektrik enerjisi ilə təmin olunacaq.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar