Xəbər lenti
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Milli Məclisdə uşaqpulu məsələsi qaldırılıb

Baxılıb: 712     Tarix: 25-12-2020 11:40   

"Bu il keçdi, ancaq növbəti ilin büdcəsində uşaqpulu ilə bağlı müddəa olmalıdır".
Qanunvehedef.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
"Hökumət üzvlərimizi hər zaman dinləyirəm. O qədər gözəl danışırlar ki, deyirəm bəlkə Yaponiyada yaşayıram. Aylarla ət üzünə həsrət qalan, palçığa batan adamla yaşayasan ki, gərək onları başa düşəsən. Görünür belə olmasa bunu başa düşə bilməyəcəyik",- deputat bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iclasda iştirak edir: "Hesab edirəm ki, uşaqpulu ilə bağlı sualınıza cavab tapacaqsınız".шаблоны для dle 11.2