Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Şuşa Bəyannaməsi" tarixi nailiyyət kimi qiymətləndirilə bilər - QURUM RƏHBƏRİ ŞƏRH ETDİ

Baxılıb: 660     Tarix: 29-06-2021 12:09   

"2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi dövründə Türkiyə daim bizə mənəvi və siyasi dəstək olmaqla bütün dünyaya iki ölkə arasındakı qardaşlıq münasibətlərin sadəcə dildə səsləndirilən pafozlu fikirlər olmadığını sübuta yetirmiş oldu". Bu fikirləri SİA-ya açıqlamasında "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.


Onun sözlərinə görə, cənab Rəcəb Tayyib Ərdoğanın Şuşa səfəri və orada səsləndirdiyi fikirlər, iki ölkə arasında hərbi və digər sahələrdə əməkdaşlıqla bağlı çox mühüm bəyannamənin imzalanması Azərbaycanla Türkiyə arasındakı münasibətlərinin yeni mərhələyə qədəm qoyduğuna bir işarə oldu: "Şuşa Bəyannaməsində müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Əlbəttə, bu bəyannaməni həm də tarixi nailiyyət kimi qiymətləndirmək olar. Azərbaycanla Türkiyə arasında iqtisadi, siyasi əməkdaşlıq artıq hərbi sahədə də davam etdiriləcək. Bununla yanaşı Şuşa Bəyanaməsindəki hərbi tərəfdaşlıq haqqında olan maddəyə görə, Azərbaycan və ya Türkiyənin təhlükəsizliyi, ərazi bütövlüyü təhdid edilərsə, bu, digər ölkə üçün də keçərlidir. Yəni Azərbaycan və Türkiyəyə qarşı yarana biləcək hər bir hərbi təcavüzdə qardaş ölkələr bir-birinə açıq şəkildə dəstək verəcək. Bu bəyannaməni mən həm də Ermənistan və onun havadarlarına ciddi mesaj verən çox ciddi sənəd kimi də qiymətləndirirəm".
E.Əkbərov vurğulayıb ki, Azərbaycan və Türkiyə üçün mühüm əhəmiyyət daşıyan Şuşa Bəyannaməsi strateji əməkdaşlığı dərinləşdirməklə yanaşı, həm də iqtisadi münasibətlərin genişlənməsinə imkan yaradacaq: "Şuşa Bəyannaməsindəki digər vacib məqamlardan biri də birgə nəqliyyat layihələrinin icrasıdır. Ən önəmlisi isə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələrin bəyannamədə öz əksini tapması da mühüm amillərdən biridir. Çünki bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə bütün ölkələrin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Əlbəttə, müttəfiqlik haqqında imzalanmış birgə bəyannamədə bu məsələnin xüsusi qeyd olunmasının böyük əhəmiyyəti var. Onu da qeyd etmək istəyirəm ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın iqtisadi baxımından əlaqələrin güclənməsinə və Naxçıvanın blokadadan çıxmasına səbəb olacaq. Bununla yanaşı həm də Zəngəzur dəhlizi ölkəmizin əsas hissəsinin Naxçıvanla birləşdirilməsi baxımından əhəmiyyətlidir. Bundan əlavə Zəngəzur dəhlizinin açılması həm də Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında əlaqələri gücləndirəcək. Çəkilməsi gözlənilən Naxçıvan-Qars dəmir yolu xətti Azərbaycanı quru yolu vasitəsilə Türkiyəyə birləşdirəcək. Əlbəttə ki, bu dəhlizin açılması həm də Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrinin genişlənməsinə səbəb olacaq. Həmçinin, Zəngəzur dəhlizi kommunikasiya xətti kimi Asiya ilə Avropa arasında əlaqələrin sürətlənməsi və asanlaşmasına şərait yaradacaq. Bir sözlə Azərbaycanla Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına müsbət təsir göstərməklə yanaşı həm də ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ümumiyyətlə, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı gücləndirməklə yanaşı, iqtisadi sahədə yeni əməkdaşlıqlarla bağlı münbit şəraitin formalaşmasına səbəb olacaq".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar