Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Doktoranturaya sənəd qəbulu ELEKTRONLAŞDIRILIB

Baxılıb: 652     Tarix: 01-07-2021 13:08   

İyulun 1-dən https://portal.edu.az/ platformasında ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu xidməti aktiv edilib.
Təhsil Nazirliyindən Qanunvehedef.az-a bildirilib ki, sözügedən xidmət sayəsində "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər "Şəxsi kabinet" vasitəsilə müraciət edə və müraciət üzrə statuslarını izləyə biləcəklər.
Müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsi proseslərin daha çevik və keyfiyyətli təşkilinə şərait yaradacaq. Tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz "Şəxsi kabinet"ləri vasitəsilə məlumat əldə edə biləcəklər. Bununla yanaşı, qeydiyyatın portal üzərindən aparılması məlumatların vahid elektron bazada toplanılmasına, digər xidmətlərlə qarşılıqlı inteqrasiyasına, geniş analiz və hesabatlılığın təmin edilməsinə şərait yaradacaq.
Xidmətdən istifadəyə dair aşağıdakı videotəlimatı izləyə bilərsiniz.шаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking