Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"Azercell"dən 4G MiFi ilə daha sürətli internet bağlantısı!

Baxılıb: 787     Tarix: 02-07-2021 10:36   

Keyfiyyətli, eyni zamanda effektiv internet bağlantısının son dərəcə əhəmiyyətli olduğunu nəzərə alaraq, ölkənin lider mobil operatoru “Azercell Telekom” bu sahədə rahat və əlverişli həlləri təqdim etməkdə davam edir. Şirkətin hazırda keçirilən kampaniyası çərçivəsində yeni MiFi M25 cihazı ilə birgə abunəçilər həm də 50GB həcmində internet paketini hədiyyə olaraq əldə edə biləcək. Cəmi 99 AZN dəyərində olan bu təkmilləşdirilmiş cihaz eyni anda 10-a yaxın istifadəçi üçün sürətli internet bağlantısını təmin edir.
Qanunvehedef.az xəbər verir ki, kiçik ölçülü olması bu cihazı daim yanında gəzdirməyə, istədiyin vaxt istifadə etməyə şərait yaradır. Avadanlığın daşınması kimi istifadəsi və quraşdırılması da kifayət qədər rahatdır. İstifadəçilər üçün önəmli cəhətlərdən biri də MiFİ avadanlığının enerjiyə qənaət funksiyasıdır - cəmi bir dəfə tam enerji ilə yüklənməsi cihazın 8 saata qədər uzun müddət davamlı işləməsini təmin edir. İstifadə edilmədikdə cihazı avtomatik yuxu rejiminə quraşdırmaq, bununla da həm internetə, həm də enerjiyə qənaət etmək olar.
Qeyd edək ki, kampaniya çərçivəsində hər bir 4G MiFi cihazla birgə 1 ədəd "Data tarifi”-ndə olan Fakturasız xətt nömrəsi təqdim olunur. Abunəçilər cihazı Azercell Eksklüziv Mağazaları və Azercell-in rəsmi diler dükanlarından əldə edə bilərlər.
Kampaniya haqqında daha ətraflı məlumat üçün bu linkə keçid almaq tövsiyə edilir:
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.шаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking