Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Metroda YENİLİK

Baxılıb: 958     Tarix: 17-09-2021 09:25   

Bakı metropoliteni metro stansiyalarında havalandırılma sistemlərinin yenilənməsi ilə bağlı müasir ventilyasiya sistemləri alacaq.
Qanunvehedef.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda bu istiqamətdə işlər davam etdirilir:
"Bu il metro stansiyalarına 10 yeni ventilyator quraşdırılıb. Metro stansiyalarının təbii havalandırılmasının gücləndirilməsi gündəmdədir.
Bunun üçün xüsusi damperlərin quraşdırılması vacibdir. Hazırda bu proses davam etdirilir. Bu ilin axırına qədər yeni ventilyatorların alınmasına başlanacaq.
Qeyd edim ki, yeni alınacaq ventilyatorlar əvvəl quraşdırılan və istismarı başa çatan ventilyatorlardan 3 dəfə güclüdür.
Bu da metro stansiyalarında havalandırmanın 3 dəfə artırılması deməkdir. Bu il ən azı 6 ventilyator sifariş veriləcək. Yeni ventilyatorlar istismar müddətini başa vurmuş ventilyatorlarla əvəzlənəcək".
Xatırladaq ki, Bakı metropolitenində havalandırma sisteminin gücləndirilməsi məqsədilə 2017-ci ildə 3, 2019-cu ildə 7, 2020-ci ildə isə 10 yeni və müasir ventilyator alınaraq istismarı başa çatan ventilyatorlarla əvəz edilib.
Hazırda stansiyalarnı havalandırılması üçün 20 yeni ventilyator quraşdırılıb və istifadətə verilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar