Xəbər lenti
14/07/2025 [09:58]
“Bitkoin” bahalaşdı
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

"Bu gündən ata, anamın bir gündə qocaldığını gördüm" - Şəhid bacısı hər kəsi KÖVRƏLTDİ - FOTO

Baxılıb: 498     Tarix: 27-09-2021 14:19   

44 günlük Vətən müharibəsindən bir il ötür. Bu gün prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə Anım Günü kimi qeyd edilir.
Qanunvehedef.az BiG.AZ-a istinadən xəbər verir ki, ikinci Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olan igidlərimizdən biri də NiyaminXaliq oğlu Niftalızadədir. Niyamin oktyabrın 7-də Füzuli, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Niyaminin bacısı Nərmin sosial media hesabında qardaşı haqqında ürək dağlayan sözlər yazıb:
"Bu gündən bizim ümidlərimiz qırıldı...Bu gündən bizim sevincimiz, xoşbəxtliyimiz getdi. Bu gündən biz yarım qaldıq. Bu gündən, hər gün ata, anamın bir gündə bir il qocaldığını gördüm. Bu gündən mən itirmək qorxusunun nə olduğunu bildim. Bu gündən..."


шаблоны для dle 11.2