Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Baş həkim işdən çıxarıldı

Baxılıb: 673     Tarix: 05-11-2021 15:36   

Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aygün Nağıyevanın işdən çıxarılması ilə bağlı xəbər yayılıb.
Qanunvehedef.az-ın məlumatına görə, xəstəxanadan "Qafqazinfo"ya bildirilib ki, Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, 4 noyabr 2021-ci il tarixdə Nağıyeva Aygün Nağı qızı ilə bağlanmış müqavilənın vaxtı bitib, yenidən müqavilə imzalanmayıb.
Məsələ ilə bağlı Aygün Nağıyeva isə açıqlamasında deyib ki, baş həkim kimi işinə davam edir.
Xəstəxananın direktoru Elçin Qurbanov da onun işdən çıxarılması barədə məlumatının olmadığını bildirib.
Qeyd edək ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Şükürov bu ilin may ayında vəzifəsindən azad edilib. O vaxtkı TƏBİB sədri Ramin Bayramlının qərarına əsasən, N.Şükürov tibb müəssisəsində əlilliyin təyin edilməsi ilə bağlı işi düzgün təşkil, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin etməyib. O həmçinin tabeliyində olan işçilərin funksiyalarına uyğun olaraq fəaliyyətinin lazımi qaydada təşkilini və ona nəzarəti təmin etməyib.
Vəzifəsindən azad olunandan sonra direktorun səlahiyyətlərini məhz onun müavini Aygün Nağıyeva icra edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar