Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakı Dəmir Yolu Vağzalında insident - Video

Baxılıb: 473     Tarix: 06-10-2022 10:17   

Bu gün səhər saatlarında Bakı Dəmir Yolu Vağzalında sərnişinlərlə Azərbaycan Dəmir Yolları QSC-nin əməkdaşları arasında insident yaşanıb.
Qanunvehedef.az xəbər verir ki, Sumqayıt-Bakı qatarından istifadə edən şəxslər sərnişin sıxlığının həddindən çox olması, sürət qatarları arasındakı intervalın böyüklüyü, qatarlarda havalandırma sisteminin işləməməsi barədə etirazlar ediblər.
İlkin məlumata görə, etiraza səbəb sıxlıq səbəbindən bir neçə nəfərin halının pisləşməsi olub. İnsidentə polis müdaxilə etməli olub.
Xatırladaq ki, ötən gün bu istiqamətdə olan sıxlığa rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov da reaksiya verib. O bildirib ki, Bakıdan Sumqayıta və əks istiqamətdə hərəkət edən sürət elektrik qatarlarının sayı deyildiyi kimi az deyil: “Sadəcə, sərnişinlərin sayı çoxdur”.

шаблоны для dle 11.2