Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Vətəndaşların hər birinə 100 manat verilsin”

Baxılıb: 736     Tarix: 18-10-2022 12:06   

Milli Məclisdə Azərbaycan vətəndaşlarının hər birinə 100 manat verilməsi təklif edilib.
Qanunvehedef.az xəbər verir ki, belə bir təkliflə deputat Tahir Kərimli çıxış edib.
O qeyd edib ki, AXC-nin 100 illiyi ilə bağlı da belə bir təkliflə çıxış etmişdi: “İndi də bunu etməyə imkan var”.
Millət vəkili eyni zamanda əlavə edib ki, Azərbaycanda yeni doğulan körpələr üçün bank hesabları açılmalıdır: “Azərbaycanda 2021-ci ildə 112 min uşaq doğulub. Onlara hesab açılsın və hesablarına 2000 dollar pul keçirilsin. Neft-qazla zəngin olan bir sıra dövlətlərdə bu rəqəm 10 minlərlə dollarladır. Bizdə isə bu rəqəm cəmi 224 milyon edir. Bu da Neft Fondunda olan vəsaitlərin yarı faizindən də aşağıdır.
Azərbaycanda əhalinin kommunal ödənişləri həyata keçirməsində müəyyən problemlər var. Azərbaycanda olan 2 milyon 200 minə yaxın ailə var. Hər bir ailəyə 200 dollar ekvivalentində hesabında pul qoyulsun. Bu da onların kommunal ödənişləri ödəməyinə kömək etsin. Hesab edirəm ki, bu, Neft Fondu üçün böyük məbləğ olmaz”.
O, həmçinin bildirib ki, təhsildə Finlandiya modelindən istifadə olunmalıdır: “Yəni dövlət müəssisələrində tədris ödənişsiz olmalıdır”шаблоны для dle 11.2



Ən çox oxunanlar