Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bakı-Gəncə üzrə qatar reyslərinin sayı artırılır

Baxılıb: 699     Tarix: 04-11-2022 14:08   

“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq, xətt üzrə iki əlavə reys təyin edilib.
Əlavə olunan bir reys 6 noyabr tarixində saat 08:15-də Bakıdan yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq. İkinci əlavə reys 9 noyabr tarixində saat 17:30-da Gəncədən yola düşəcək və saat 21:05-də Bakıya çatacaq.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının cari qrafikində heç bir dəyişiklik edilmir. Yəni, hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 12:25-də Gəncəyə, Gəncədən isə saat 18:00-da yola düşən qatar saat 21:35-də Bakıya çatır.
Xatırladaq ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində istirahət günlərindəki qrafikə uyğun hərəkətdə olacaq.шаблоны для dle 11.2