Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Şənbə günü 11° isti olacaq

Baxılıb: 534     Tarix: 23-12-2022 13:21   

Dekabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin Lənkəran-Astara zonasında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.шаблоны для dle 11.2