Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ötən il neçə uşaq övladlığa götürülüb?

Baxılıb: 531     Tarix: 30-01-2023 10:36   

2022-ci ildə 215 uşaq övladlığa verilib. Onlardan 110 nəfəri oğlan, 115 nəfəri isə qızdır. 
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq ƏƏSMN-in tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib.
Qeyd edilib ki, övladlığa verilən uşaqlardan 214 nəfəri sağlam, 1 nəfəri isə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsdir.
Həmçinin Agentlikdən bildirilib ki, 2022-ci ildə övladlığa götürülən uşaqlardan geri qaytarılan olmayıb. Qeyd edilən dövrdə 1 valideynlik hüququndan məhrum olunma halı olub.
Qeyd edək ki, Prezidentin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bu proses “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə həyata keçirilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar