Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Oktay Əsədova məxsüs avtomaşınlar şəhərdə "AT OYNADIR"

Baxılıb: 627     Tarix: 09-03-2023 12:02   

Son günlər Bakı şəhərində bahalı avtomaşınların sürücüləri yol hərəkət qaydalarını kobud şəkildə pozur, etiraz edən digər sürücüləri ən ağır formada təhqir etməkdən belə çəkinmirlər.
Bu barədə DOSYE.ORG-a daxil olan məlumatlara görə, dünən paytaxtın Yasamal rayon ərazisində "10XN400" LEXUS markalı avtomaşın gah sol zolaqdan sağ zolağa, gah da sağ zolağdan sol zolağa manevr edərək qəza vəziyyəti yaradıb. Avtomaşının seriyasından da bəllidir ki, sürücü heç də sıradan birisi deyil.
Doğrudur, bu cür hadisələr müxtəlif zamanlarda qeydə alınsada, hüquq mühafizə orqanları həmən avtomaşını müəyyən edərək inzibati qaydada məsüliyyətə cəlb etmişdir. Lakin bütün bunlardan ibrət götürmək əvəzinə, daha da kobud şəkildə qanunları pozmaq və "Burda mənəm, Bağdad da kor xəlifə" prinsipi ilə yola çıxmaq, ən azından dövlətin qanunlarını saya almamaqdır.
DOSYE.ORG olaraq bu istiqamətdə bəzi araşdırmalara başladıq. Belə ki, "10XN400" seriyalı avtomaşınların eks-spiker Oktay Əəsədova məxsüs olduğu barədə bəzi detallar əldə etdik. Ümumiyyətlə kimliyindən aslı olmayaraq hər kəs dövlətin qanunlarına tabe olmalı, yol hərəkət qaydalarına riayət etməlidir. İnanırıq ki, Baş Dövlət Yol Polis İdarəsi məsələni nəzarətə götürəcək.
Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar