Xəbər lenti
06/06/2023 [13:09]
Sabah yağış yağacaq
Arxiv
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Nazir müavini dərmanların baha olmasının səbəbini açıqladı

Baxılıb: 350     Tarix: 24-05-2023 14:17   

“Türkiyədən Azərbaycana idxal olunan malların dəyərinin yuxarı olması onların burada da qiymətinin qalxmasına səbəb olub”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
“Ötən il Türkiyə ilə 5,8 milyard dollarlıq ticarət dövriyəmizin 2,3 milyard dollarlıq hissəsi Türkiyədən Azərbaycana idxal edilmiş məhsullar üzrə olub. Bu məhsulların çoxu əczaçılıq, geyim, tekstil, sənaye məhsulları və maşın avadanlıqları olub”, - deyə Əliyev qeyd edib.
Nazir müavinin sözlərinə görə, Türkiyədə ötən il inflyasiya 70%-dən yuxarı olub: “Bu, oradan Azərbaycana idxal edilən malların, həmçinin dərmanların qiymətinə təsir edib. Ərzaq məhsullarında inflyasiyaya səbəb odur ki, bizim bu sahədə əsas tərəfdaşlarımız Rusiya və Qazaxıstandır. Həmin bazarda hazırda məhdudiyyət və qadağalar var”.шаблоны для dle 11.2



Son xəbərlər