Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycandan Qarabağda yaşayan erməni sakinlərinə çağırış - VİDEO

Baxılıb: 643     Tarix: 19-09-2023 14:13   

"Artıq 30 ildən çoxdur ki, Azərbaycan və erməni xalqları başqalarının geosiyasi oyunlarının və manipulyasiyalarının girovu olublar. Əl-ələ verib oxuduğumuz, işlədiyimiz, bir-birimizə baş çəkdiyimiz, həyatımızda xoşbəxt hadisələri qeyd etdiyimiz o vaxtları çoxlarınız xatırlayırsınız. Tarixin özü sübut edir ki, biz müharibənin ağır travmalarına baxmayaraq, sülh və harmoniya şəraitində birlikdə yaşaya bilərik".
Bu barədə Baku TV-nin Azərbaycandan Qarabağda yaşayan erməni sakinlərinə çağırışla bağlı hazırladığı süjetdə deyilir.
Bildirilir ki, qonşu Rusiya və Gürcüstanda azərbaycanlılar və ermənilər sülh və əmin-amanlıq şəraitində yaşayırlar, hətta ortaq iş aparırlar, bu isə onların bir-birlərinə etibar etdiyini göstərir:
"Bu gün bizim Qarabağı birlikdə yenidən qurmaq, onu firavan, iqtisadi cəhətdən inkişaf etmiş rayona çevirmək, bizim və ən əsası övladlarımızın, nəvələrimizin xoşbəxt gələcəyini təmin etmək üçün tarixi şansımız var. Baxın, Qarabağda həyatın, infrastrukturun bərpası hansı sürətlə gedir, yollar, zavodlar, yaşayış binaları, məktəblər tikilir. Bunu Qukasyan, Saakyan, Arutyunyan kimi bir dəstə qəsbkarın 30 il ərzində bu torpağı necə qarət etməsi ilə müqayisə edin. Bu onilliklər ərzində özləri və ailələri üçün villalardan başqa nə tikiblər?! Və müxtəlif bəhanələrlə Laçın və Ağdam yollarının Qarabağ ermənilərinin üzünə açılmasına imkan verilməməsi və bununla da sadə insanların vəziyyətinin pisləşməsinə səbəb olan vəziyyətin yaranmasında da məhz bu insanlar günahkardırlar".
Ətraflı süjetdə:



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar