Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

CƏRİMƏ İLƏ BARIŞMAYAN YÜK MAŞINININ SÜRÜCÜSÜ YOL POLİSİNƏ QARŞI ŞƏR-BÖHTAN YOLUNU SEÇİB

Baxılıb: 1 368     Tarix: 22-02-2021 15:43   
 
Zaqatala rayon Kebeloba kənd sakini Bulayev Rəşid Hacıibrahim oğlunun redaksiyamıza göndərdiyi şikayət ərizəsinin araşdırılması məqsədilə həmin rayona ezam olunmuş əməkdaşımız Xəyalə Tahirqızı və bölgə müxbiri Minara Vaşayeva apardıqları işin nəticəsini oxucularımızla bölüşüblər.
Xatırladaq ki, 71 yaşlı R.Bulayev şikayət ərizəsində Zaqatala rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin  (DYPB) rəisi cənab Elgün Əliyevi yük maşını sürücülərindən rüşvət tələb etməkdə ittiham edir və bu ittihamını ictimailəşdirməyi redaksiyadan xahiş edirdi.
Əməkdaşlarımız əvvəlcə rayon ərazisində rast gəldikləri bir neçə yük maşını sürücülərindən yerli DYP əməkdaşlarının hərəkət iştirakçıları ilə rəftarı barədə soruşublar. Sürücülər ümumiyyətlə, asayiş keşikçiləri, o cümlədən yol polisi işçiləri barədə yüksək fikirlər söyləyərək, onların münasibətindən razı qaldıqlarını bildiriblər. Bu isə o deməkdir ki, R.Bulayevin hamının, yəni, digər yük maçşını sürücülərinin adından danışmağa haqqı yoxdur. O ki qaldı öz məsələsinə, rayon DYPB-indən öyrəndik ki, R.Bulayev maşınına qanunsuz əlavə bort bağladığına görə 150 (bir yüz əlli) manat məbləğində cərimə olunub. O, yol polisdi əməjkdaşına rüşvət təklif edərək, cərimə protokolu yazılmamasını xahiş edib. Lakin, DYP əməkdaşı onun təklifindən imtina edib. Bulayev qərarla barışmadığından, polisə qarşı əsassız ittihamlar səsləndirmək yolunu tutub, yol polisinin xidməti fəaliyyətinə kölgə salmağa uğursuzcasına cəhd edib.  DYPB – dən həmçinin bildiriblər ki, vətəndaş Bulayev əgər protokolla razı deyilsə, cərimə qərarını məhkəmə qaydasında mübahisələndirmək hüququ var və bu hüququnun olduğu ona izah edilib.
Əməkdaşlarımız həmçinin yerli əhali arasında sorğu apararaq öyrəniblər ki, DYPB rəisi cənab Elgün Əliyev xidmətdən kənar davranışında da çox xeyirxah, alicənab adamdır. Məsələn, təsadüf elə gətirib ki, əməkdaşlarımızın Zaqatala rayonunda ezamiyyətdə olduqları gün Elgün Əliyev heyvan kəsdirərək, zaqatalalı şəhid ailələrinə sovqat paylanılmasını təmin edib. Tədbirdə bölmənin şəxsi heyətinin üzvləri də fəallıq göstərib, şəhid ailələrini ziyarət ediblər.  
Ümumiyyətlə, bir çox mətbu və electron KİV-də Zaqatala polisinin öz vəzifəsini layiqlə yerinə yetirməsindən əlavə, xeyirxah işləri barədə də xeyli informasiyalar mövcuddur. Həmin məlumatlar indi də internet rüesurslarında qalmaqdadır.  Məsələn, keçən il bu vaxt Zaqatala polisinin xəstəlikdən əziyyət çəkən azyaşlı uşağa qayğı göstərməsi barədə məqalə yqayıklıb. Buna qədər bəzi sosial şəbəkə səhifələrində Zaqatala rayon sakini Murad adlı azyaşlının uzun müddətdən bəri ağır xəstəlikdən əziyyət çəkməsi və müalicəsini davam etdirməsi üçün maddi cəhətdən köməyə ehtiyaclarının olması barədə onun anası tərəfindən müraciət paylaşılıbmış. Həmin ərəfədə xəstəlikdən əziyyət çəkən Murada mənəvi dəstək olmaq, müalicəsi üçün valideynlərinə maddi köməklik göstərilməsi üçün Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları təşəbbüs göstəriblər. Həmin azyaşlının rayonun Göyəm kənd sakini Hacımurad Qaciyev olduğunu dəqiqləşdirən RPŞ-nin Dövlət Yol Polisi bölməsinin rəisi, polis kapitanı Elgün Əliyev və bölmənin şəxsi heyəti həmin ailəyə yaşadıqları Göyəm kəndindəki evlərində baş çəkiblər. Polis əməkdaşları Hacımuradın səhhəti ilə maraqlanıblar, müəyyən məbləği və müxtəlif ərzaq məhsullarını onlara təqdim ediblər. Övladlarının müalicəsi üçün onlara göstərilən dəstəyə görə, Hacımuradın valideynləri Polis Şöbəsinin rəhbərliyinə və digər əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.
Xəyalə Tahirqızı,
Minara Vaşayevaшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar