Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bərdədə qadının qətlinə görə qonşusu tutuldu

Baxılıb: 788     Tarix: 28-02-2020 12:34   

Bərdə rayonu Zümürxan kənd sakini 58 yaşlı Tahirə İbadovanın ölümündə şübhəli bilinən qonşusu 25 yaşlı Cavid Rəcəbli saxlanılıb.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Qeyd edək ki, cinayət hadisəsi 27 fevral saat 19:00 radələrində törədilib. Qadın yaşadığı evdə başından küt alətlə vurularaq öldürülüb. Mərhumun bədənində olan xəsarət izləri qətl zamanı kəsici-deşici alətlərdən istifadə olunduğu ehtimalını yaradır.
Bəzi yerli kütləvi informasiya vasitələrinin yaydığı xəbərlərə əsasən, ölüm hadisəsi ilə əlaqədar qadının həyat yoldaşı və kürəkəni saxlanılıb. Lakin, bu məlumat həqiqəti əks etdirmir. Qadının qətlə yetirilməsində Cavid Rəcəbli şübhəli bilinir.
İlkin məlumata görə, qətlə səbəb tərəflər arasında baş verən qarşıdurmadır. C.Rəcəbli yaşadığı evində saxlanılıb.
İbadovlar ailəsi övlada sahib olmayıb.
Faktla bağlı istintaq rayon prokurorluğu tərəfindən aparılır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar