Xəbər lenti
18/03/2024 [11:59]
Azərbaycana yaz gəlir
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Məmmədyarov Makeylə danışdı: Nələr müzakirə olundu?

Baxılıb: 1 037     Tarix: 13-05-2020 19:06   

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Belarus Respublikasının Xarici İşlər naziri Vladimir Makey arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Qanunvehedef.az-a verilən məlumata görə, hazırki qlobal vəziyyətə toxunan nazirlər, COVİD-19 qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən tədbirlər üzrə fikir mübadiləsi aparıb və bu xüsusda, beynəlxalq həmrəyliyin əhəmiyyətini vurğulayıblar.
Telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə edib və iki ölkə arasında mövcud olan siyasi münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd ediblər. Pandemiyaya baxmayaraq ticarət və iqtisadi münasibətlərin saxlanılması və daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı. Həmçinin nəqliyyat, loqistika və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı fəaliyyət məsələlərinə toxunuldu.
Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində, BMT, MDB, həmçinin Avropa İttifaqı ilə, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlər daxil olmaqla, həyata keçirilən əməkdaşlıq və birgə addımları müzakirə etdi.
Müxtəlif səviyyələrdə ikitərəfli əlaqələrin gələcək gündəliyi müzakirə olundu. COVİD-19 pandemiyası ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırılmasından sonra təmasların gələcəkdə davam etdirilməsinə dair razılıq ifadə olunub.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar