Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Vüqar Səfərlinin məhkəməsi təxirə salındı

Baxılıb: 670     Tarix: 25-01-2021 14:00   

Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq rəhbəri Vüqar Səfərlinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb.
Qanunvehedef.az xəbər verir ki, bu gün hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilməsi nəzərdə tutulan proses yanvarın 26-a təyin edilib.
Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsində V.Səfərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri ilə seçilib.
V.Səfərli həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət versə də, təmin edilməyib.
Baş prokurorluğun yaydığı məlumata görə, V.Səfərli KİVDF-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə həbs edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar