Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Elnur Mehrəli- sizin və tibbi personalınızın çox böyük səyi nəticəsində əməliyyat zamanı bədənimdə olan artıq piylərdən azad oldum

Baxılıb: 1 470     Tarix: 21-05-2020 07:50   

-Hazırda dünyada ən çox marağın olduğu tibbi sahələrdən biri də plastik cərrahiyyədir. Sözügedən sahəyə marağın olması tam təbiidir. Çünki insanlar hər zaman gözəl görünməyə çalışırlar. Müasir tibb bizim anadan gəlmə qüsularımızı və sonradan qazandığımız bəzi çatışmamazlıqları yalnız plastik və rekonstruktiv cərrahiyyə vasitəsi ilə yoluna qoymağı bacarır. Aparılan araşdırmalar göstərir ki, hazırda ölkəmizdə də tibbin bu sahəsinə böyük maraq var. 
-Xüsusən də qadınlar öz xarici gözəlliklərinin qorunması yolunda bəzən əzaba belə qatlaşmağı özlərinə rəva bilirlər. Çünki, bu yalnız görkəm deyil, həmçinin sağlamlıq deməkdir. Söhbətimiz insan bədəninin müxtəlif nahiyələrində toplanmış artıq piy və yağlardan gedir. Müasir dövrümüzdə Azərbaycan Səhiyyəsinin unikal inkişafı zamanında bu problemin aradan qaldırılması üçün üz tutanlar sonda məmnunluqla Respublikamızın plastik-cərrahı Elnur Mehrəliyə minnətdar olduqlarını bildirirlər. Həkim yalnız peşəsinə olan vurğunluğu, əzmkarlığı
ilə deyil, özünü daim büruzə verən yüksək insani keyfiyyətləri ilə də pasientlərin daha çox rəğbət və hörmətini, sevgisini qazanır. Xəstələrinə olan diqqət və qayğısı, düzgün diaqnoz qoymaq bacarığı, uğurla başa vurduğu cərrahi əməliyyatlar, səmərəli müalicə metodları, həm də gözütoxluğu, təmənnasızlığı onu xəstələrə çox sevdirir, mahir bir cərrah kimi ona olan inam və ehtiramı daha da artırır.
-Redaksiyamıza bəzən təşrif buyuran, bəzəndə məktubla müraciət edən pasientlər Elnur Mehrəlinin fədakarlıqla çəkdiyi zəhmətini,uğurlu fəaliyyətinin və insanlara ehtiramla yanaşma münasibətlərinin müqavilində ona olan minnətdarlıqlarını təşəkkürlərini dərc etməyimizi xahiş edirlər.
-Hörmətli redaksiya!
Mən həm bir müalicə alan xəstə həm də cəmiyyətin bir nümayəndəsi olaraq, deyə bilərəm ki, ilahi Elnur Mehrəliyə dünyanın ən böyük nemətini bəxş etmişdir. O nemət bu şəxsdə olan, onun ruhunda – qəlbində qərar tutan xeyirxahlıqdır. Bu insan hər bir kəsin könlündə özünə qarşı yalnız xoş hisslər yadigar edir. Mənim bir pasient kimi ona olan hörmət və məhəbbətimin hüdudu böyükdür. Həkimin qəbulunda olarkən edilən səmimi – açıq söhbətlər mənim daxilimdə kompleksdən yaxa qurtaracağıma bir ümid yaratdı. Həkimin mənimlə diqqət və səbirlə davranmağı xəstələrə olan qayğısından xəbər verir. Həkimlə söhbət zamanı əməliyyatın vacibliyini sadə dildə mənə elə izah edildi ki, daxilən əməliyyata mən hazır oldum. Həkimlə etdiyim söhbət ürəyimdəki qorxunu azaltmışdı. Sizin və tibbi personalınızın çox böyük səyi nəticəsində əməliyyat zamanı bədənimdə olan artıq piylərdən azad oldum. Bu gün hal – hazırda ailəmin əhatəsindəyəm. Onların sevinc göz yaşları sizin sayənizdə oldu. İndi özümü çox xoşbəxt hiss edirəm., çünki insanların qarşısına inamla çıxıram.
-Yaxşı ki, varsınız, var olun hər zaman. Minnətdaram, doktor!

Instaqram drelnurmehrali
Həkimlə əlaqə:
(+994) 51 897 28 97 Whatsapp (+994) 51 897 28 97
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar