Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Prezident Tramp sülhsevər insandır”

Baxılıb: 10217     Tarix: 13-07-2026 11:33   

“Prezident Trampın yanaşması isə fərqli idi, o, sülhsevər bir insandır və sülhü gətirə biləcək insandır”.

Qanunvehedef.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında söyləyib.

“O, (Tramp – red.) artıq dəfələrlə qeyd edib, dünyanın müxtəlif bölgələrində 8 münaqişəyə son qoyub. Bu, onun təbiətidir, bu, onun baxışıdır və onun siyasətidir. Bizim məsələyə gəldikdə, onun rolu çox vacib idi. Çünki Azərbaycan və Ermənistan danışıqların yekun mərhələsində olarkən Prezident Tramp və onun komandası elə bir çərçivə yaratdı ki, sülh mümkün oldu”.

“Prezident Trampın gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq var. Təəssüf ki, 30 il davam edən işğal dövründə ABŞ administrasiyasının ovaxtkı Minsk qrupunun həmsədrləri ilə birlikdə əsas məqsədləri bu münaqişənin dondurulmasından ibarət idi. Azərbaycanın əraziləri azad edilmirdi, halbuki bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi ki, bunu onların özləri də qəbul etmişdilər. Məqsəd bu vəziyyəti dondurmaq və bunu Azərbaycana, müəyyən mənada Ermənistana qarşı təsir mexanizmi kimi istifadə etmək idi”, - Azərbaycan lideri əlavə edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar