Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Qarabağ” Avropa Liqasında ilk oyuna çıxır

Baxılıb: 8320     Tarix: 09-07-2026 10:56   

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayır.

Qanunvehedef.az xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiya “Vestri”si ilə ilk oyuna çıxacaq.

Saat 20:00-da başlayacaq Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Roman Jitar (Moldova) idarə edəcək.

Bu komandalar arasında cavab oyunu iyulun 17-də İslandiyada keçiriləcək. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

“Qarabağ” - “Vestri” cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

20:00. “Qarabağ” (Azərbaycan) – “Vestri” (İslandiya).

Hakimlər: Roman Jitar, Vlad Lifçu, Vadim Vikol, Andrey Bregutse (Moldova).

VAR: Luka Çibelli (İsveçrə).


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar