Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dr.İsmayıl Adayev Miamed Tibb Mərkəzinin veneroloji və dəri xəstəlikləri üzrə mütəxəssisi

Baxılıb: 5 954     Tarix: 03-08-2020 09:25   

Pasiyentlərin səhhətinin keşiyində dayananDr. İsmayıl Adayev məhz öz üzərinə vəzifə olaraq götürdüyü nəcib peşənin öhdəsindən tam məsuliyyətlə gələrək ictimaiyyətin hörmət və ehtiramını qazanmışdır. Təbiidir ki, hər bir etimadı qazanana qədər insanın yolu müəyyən bir çətinlikdən, müəyyən bir əziyyətlərdən keçir. Əsas odur ki, həmin əziyyətlərə qatlaşaraq digərlərinin fiziki və mənəvi sağlamlığına təmənnasız xidmət edən İsmayıl həkimi biz də tanımağımıza çox şad olduq. Nə yaxşı ki, İsmayıl həkimin timsalında adını qürurla söyləyə biləcəyimiz əsil Azərbaycan həkimləri vardır.
Böyük nüfuza malik, qabaqcıl həkim olaraq tanınan Miamed Tibb Mərkəzinin veneroloji və dəri xəstəlikləri üzrə mütəxəssis Dr.İsmayıl Adayev haqqında redaksiyamıza təşəkkürlər dolu məktublar daxil olur və pasientlər zəng vurub öz minnətdarlıqlarını işıqlandırmağımızı xahiş edirlər: Biz də, qürur duyuruq ki, Azərbaycan həkimi ilə həqiqətən də öyünməyə dəyər.
Hörmətli redaksiya! Mən həm bir müalicə alan xəstə həm də cəmiyyətin bir nümayəndəsi olaraq, deyə bilərəm ki, ilahi İsmayıl Adayevə dünyanın ən böyük nemətini bəxş etmişdir. O nemət bu şəxsdə olan, onun ruhunda – qəlbində qərar tutan xeyirxahlıqdır. Bu insan hər bir kəsin könlündə özünə qarşı yalnız xoş hisslər yadigar edir. Mənim bir pasient kimi ona olan hörmət və məhəbbətimin hüdudu böyükdür. Həkimin qəbulunda olarkən edilən səmimi – açıq söhbətlər mənim daxilimdə yaşamağa bir ümid yaratdı. Həkimin mənimlə diqqət və səbirlə davranmağı xəstələrə olan qayğısından xəbər verir. Həkimlə söhbət zamanı müalicənin vacibliyini sadə dildə mənə elə izah edildi ki, daxilən mən hazır oldum.
Həkimlə etdiyim söhbət ürəyimdəki qorxunu azaltmışdı. Bu gün hal – hazırda ailəmin əhatəsindəyəm. Onların sevinc göz yaşları sizin sayənizdə oldu.
Belə bir müdrik kəlam vardır,”Hər kəs əməlinə, insanlara münasibətinə, əqidəsinə görə İlahinin qüdrəti, izni və köməyi ilə layiq olduğu məqama çatır. Zaman keçdikcə İsmayıl həkim öz halal zəhmətilə, yüksək səviyyəsi, elmi ilə tanınaraq, pillə-pillə ləyaqətli bir məqama çatmağa nail olmuşdur. İşində əldə etdiyi nailiyyətlərə görə dəfələrlə Səhiyyə Nazirliyi tərəfindən “Təşəkkürnamə”lər, “Fəxri Fərman”larla təltif olunan İsmayıl həkimin nəzərində ən yüksək təltif, xalqın hörməti və məhəbbətidir.
Səhiyyə sahəsində dəyanətlə çalışan gözəl və şərəfli həkimimiz Dr. Adayevə nailiyyətlərlə, uğurlarla zəngin bir həyat yolu arzu edərək deyirik: -Xalqın Vətənin layiqli ziyalısı İsmayıl həkim, bir ömür həsr edərək, çalışdığınız bu illər ərzində etdiyiniz xeyirxah əməllərin müqabilində İlahi sizə səhər günəşinin ziyasına boyanan açıq səmalı, xoş müjdəli sabahlar nəsib etsin.
Yaxın gələcəkdə həyat və fəaliyyətinizi özündə cəmləşdirən “Ömür Salnaməsi” adlı kitabınızı oxumaq nəsib olsun oxuculara və hər kəs xeyirxahlıqlarla zəngin həyatdan bir nümunə, bir zərrə götürsün. Yaxşılıqlar bol olsa, dünyamız sülh və əminamanlıqla, firavanlıqla dolar. Azərbaycan tibb elminin inkişafında qiymətli xidmətləri olan İlahi vergili həkim,dəyərli insan, eyni zamanda ailəsini və övladlarını dərin məhəbbətlə sevən qayğıkeş atadır.

Aynurə Məmmədliшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar