Xəbər lenti
20/11/2024 [13:08]
Sabah hava necə olacaq?
20/11/2024 [10:31]
Serj Vilmes Bakıdadır
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Arzu Akbulut - Mezosapların sayi dərinin vəziyyətindən və "karkas strukturunun" gücləndirmə göstərişindən asılıdır

Baxılıb: 4 914     Tarix: 19-09-2018 12:56   

Tanınmış kosmetoloq  Arzu Akbulut xanımları mezosapların üstünlükləri barədə maraqlandıran bir çox sualları cavablandırıb. Mezosaplar Plastik əməliyyatsız tarım, elastik, hamar dəri üçün effektli vasitədir. Yəni mezosaplar ilə keçirilən tredliftinq üsulu, bədənin və üzun toxumalarının hər istiqamətdə “dartılmasına” kömək edir Mezosaplar inyeksiya iynəsindən və iynənin ucunda bərkidilmiş sapdan ibarətdir


Sap toxumada iynədən asanlıqla ayrılır və bu zaman toxuma zədələnmir. İynənin hazırlandığı tibbi poladın elastikliyi üz dərisinin istənilən mürəkkəbliyə malik relyefində sapı maksimum dəqiqliklə implantasiya etməyə imkan verir. Mezosaplar özləri 100% tam sorulan bioloji steril polidioksanondan ibarətdir və üzəri heç bir materialla örtülməyib ki, bu da allergik reaksiyanın olmamasına və sürətli uyğunlaşmaya təminat verir.Polidioksidan materialının köməkliyi ilə, dəriyə yeridilən saplar yüksək uyunluğa malikdirlər və onlar sonradan 6-9 aya əriyib yox olurlar. Bunun nəticəsi dərhal görünür və 2 il müddətinədək saxlanılır. 6-9 ay keçdikdən sonra saplar parçalanmaya başlanır və nəticədə qaz və suya çevrilirldikdən sonra bədəndən çıxarılır. Sapların yerində birləşdirici toxumadan dərini qırışdan saxlayan “karkas” yaranır. Nəticədə üzün yaxud bədənin, elə bil ki 3D-modelləşməsinə bənzər konturları əmələ gəlir. Buna görə də prosedurun digər adı - 3d-tredliftinq ya da 3d-mezosaplardır.Həmin bu “karkas” üzün tarımlığını 1,5-2 ilədək saxlaya bilir. Sonra proseduru yenidən təkrarlamaq lazım olur


 Mezosapların üstünlükləri hansılardır?


-Dərhal nəticə.
- Sapların toxumalarla 100% biouğunluğu. ·
- Başqa cavanlaşdırıcı prosedurlarla kompleksdə birləşdirmək imkanı.
- Prosedurdan sonra effektin 1,5-2 ilədək davamı


Dərinin cavanlaşması üçün tətbiq olunan mezosapların sayı haqda nə deyə bilərsiz?


 Mezosapların sayi dərinin vəziyyətindən və "karkas strukturunun" gücləndirmə göstərişindən asılıdır və həz zaman ciddi şəkildə fərdi olur. Göz ətrafı üçün minimal miqdar 10 mezosapa bərabərdir. Orta hesabla hər nahiyə üçün 10-20 mezosap sərf edilir. Üz konturunun dartılmasına 50-100 mezosap tələb oluna bilər. Mezosapların sayı həmçinin istifadə edilən mezosapların növündən asılı olacaqdır.


Sıra mezosapların sayı daha çox, iynə mezosapların sərfiyyatı isə nisbətən az ola bilər. Müxtəlif nahiyə və daxil etmə dərinliyi üçün nəzərdə tutulmuş mezosaplar müxtəlif uzunluğa malikdir. Prosedurdan əvvəl dəri dezinfeksiya olunur, lazım olduqda isə ağrıkəsici krem yaxud qeldən istifadə edilir. "Karkas strukturunun" gücləndirilməsi üçün nazik birdəfəlik iynələrdən istifadə edilir. Mezosaplar bu iynələrə birləşir. Həmin iynələr öz qalınlığına görə akupunktur iynələrinə bənzərdir. Bu növ iynələr qeyri-travmatikdir və dərini zədələmir. Onlar lazım olan nahiyələrdə dərinin toxumalırının altına daxil edilir və daha sonra çıxarılır. Mezosaplar dəri altında qalır. Prosedur 30 dəqiqən 1 saatadək davam edir. "Karkas strukturunun" gücləndirmə müddəti dartılma sahəsindən və daxil edilən mezosapların sayından asılı olacaq. 2 həftə ərzində hamam, sauna, solyariy və günəş altında qaralma qadağandır. Həmçinin fitneslə və fizioterapiya prosedurları qəbul etmək məsləhət görülmür.


Mezosapları  hansı nahiyələrə  tətbiq etmək olar?


 -Üz - dodaq-burun arası, dodaq-çənə arasında yaranan qırışlar.
- Dodaq ətrafında olan bütün qırışlaq.
-Qaşların aşağı düşməsi, bürüşüklüyü.
- Qaş arası qırışlar.
-Dərinin süstük vəziyyəti.
-Dərinin plastik əməliyyatdan sonra olan tarımlığının pozulması
-Dekolte və boğaz dərisinin qırışıqlığı.
-Dərinin yaşla əlaqədar sallanması, elastikliyinin azalması
Mezosapların üstünlükləri hansılardır?
 
1. Tikissiz prosedur;
2. Prosedurun dərhal aparılması;
3. Minimun sayda iz qalması;
4. Tez zamanda sağalma effekti;
5.Dəri içindən görünməyən saplar;
6. Allerjik reaksiyaların olmaması;
7. Ağrı hisslərin olmaması;
8. Başqa kosmetoloji prosedurlarla birgə keçirilməsi imkanı.
Mezosaplar tamamilə əriyən materialdır və bu material öz kolaqeninin və elastininin istehsalına təkan verir. Mezosaplar insan orqanizminə tam uyğundur. Mezosaplar təxminən yarım il ərzində əriyib yox olur, tredliftinqin effekti isə 1-1,5 il müddətinədək saxlanır


Liftinq metodunun nəticələri haqqında nə deyə bilərsiz?


Liftinq metodunun nəticələri: gənc və düzgün üz konturları yenidən qurulur, qravitasiya ptozunun qarşısı alınır, qırışlar açılır, üz, boyun və sinə nahiyəsində dəri açılır və hamarlaşır, ağardıcı təsir göstərir, bədən konturlarının bərpasına imkan yaradır (qollarda, ayaqlarda, qarın nahiyəsində və digər nahiyələrdə dəri sallanmalarını aradan qaldırır), striyaları (dəri dartılmalarını) müalicə edir

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar