Xəbər lenti
06/08/2026 [12:58]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Dizinizdəki ağrıların qarşısını almaq üçün düzgün qidalanma və fiziki fəallıq vacibdir

Baxılıb: 612     Tarix: 01-07-2025 13:58   

ABŞ-lı cərrah yaşlı insanlarda dizlərdə yaranan cızıltının qarşısını almaq üçün diyet və məşqlərin əhəmiyyətindən danışıb.
Qanunvehedef.az xəbər verir ki, Mitçel Makdauell adlı cərrah "Infobae" nəşrinə verdiyi müsahibədəsində sümük və oynaqların sağlamlığına qayğı çəkinmədən əvvəl artıq çəkidən qurtulmaq lazım olduğunu söyləyib:
"Çünki bədən çəkisinin artması ayaq oynaqlarına yükü artıraraq xırda toxumaların daha tez sıradan çıxmasına səbəb olur.Mütəxəssis normal çəkidə olanların əlavə fiziki fəaliyyətlə məşğul olmalarını, xüsusilə gəzinti, üzgüçülük və velosiped sürməyi tövsiyə edir. Həmçinin, sadəcə kardio deyil, əzələləri gücləndirən və diz oynaqlarını sabitləşdirən güc məşqlərinin də önəmi vurğulanır.
Dizlərdə cızıltını azaltmaq üçün dietdə omeqa-3 yağ turşuları zəngin olan yağlı balıq, avokado, zeytun yağı və qoz-fındıq kimi məhsulların olması vacibdir. Bundan başqa, meyvə, tərəvəz və giləmeyvələrdən alınan antioksidantlar, süd məhsullarından isə kalsium və D vitamini—quru balıq qaraciyəri, losos, skumbriya və göbələklərdən təmin edilməlidir.

Qanunvehedef.az



{sape_links}{sape_article}