Xəbər lenti
Arxiv
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Heydər Əliyev Fondu ünvanlı sosial yardım alan ailələrə Novruz sovqatları paylayıb

Baxılıb: 347     Tarix: 19-03-2020 10:30   

Heydər Əliyev Fondu Novruz bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il həyata keçirilən layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edib.
Fonddan verilən məlumata görə, Novruz bayramı ərəfəsində Fondun və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatlarını respublikanın bütün rayon və şəhərlərində ünvanlı sosial yardım alan ailələrə təqdim ediblər. Aztəminatlı ailələrə Novruz bayramı münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təbrikləri çatdırılıb.
Qeyd edək ki, öz fəaliyyətində sosial istiqaməti prioritet götürən Heydər Əliyev Fondu dövlətin sosial-iqtisadi inkişafa istiqamətlənən proqramlarına dəstək verərək müxtəlif layihələr həyata keçirir. Fond valideyn himayəsindən məhrum uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə yanaşı, aztəminatlı ailələri də daim diqqətdə saxlayır, əlamətdar günlərdə onları yaddan çıxarmır, müxtəlif bayram hədiyyələri çatdırır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar