Xəbər lenti
28/07/2026 [12:55]
Sabah 40° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Hava yenə soyuyur: qar yağacaq - Xəbərdarlıq

Baxılıb: 812     Tarix: 05-05-2020 14:19   
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 7-dən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
Milli Hidrometeorologiya Xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, mayın 6-da Azərbaycanın qərb rayonlarından başlayaraq 8-dək əksər rayonlarda havanın dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında isə güclü olacağı gözlənilir. Şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi mayın 7-də bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Havanın temperaturu mayın 7-də ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar