Xəbər lenti
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
11/09/2026 [13:27]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Şəkini bir-birinə qatan ayı hansısa məmurundur?

Baxılıb: 856     Tarix: 01-06-2020 12:09   
Dünən Şəki küçələrində dolaşan ayının heç də meşədən gəlmədiyi, ayı həvəskarı olan hansısa iş adamı və ya məmurun həyətindən qaçdığı haqda iddia yayılıb.
Qanunvehedef.az xəbər verir ki, bu iddianın yaranmasına səbəb ayının boğazında xalta olması haqda ehtimaldır. Belə ki, ayının yayılan fotolarında boğazında xalta olduğu ehtimal edilir.
Vəhşi Təbiətin Mühafizə Fondunun rəhbəri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji ictimai şurasının rəhbəri Elşad Əsgərov saytımıza bildirib ki, bu ehtimalı irəli sürmək üçün əsaslı fakt yoxdur:
“Boyundan bədənə keçən hissədə tüklərdə seyrəlmə, boşluq olur. Baş çiyinin üzərində fırlanır və həmin hissə boş görünür. Ayının boğazında görünən o boşluq hissə də xalta yeri deyil, tüklərin seyrəldiyi, boşluq olan yerdir. Şəkillərə, yayılan videolara əsasən fikir bildirmək mümkün deyil. Şəkillərdən hər şey fərqli görünə bilər. Ayıya baxış keçirilmədən hansısa fikir bildirmək mümkün deyil”.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar