Xəbər lenti
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
11/09/2026 [13:27]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bu proqramın iştirakçıları üçün təlimlər başladı

Baxılıb: 532     Tarix: 10-06-2020 12:40   

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti özünüməşğulluq proqramı iştirakçıları üçün təlimlərin keçirilməsinə başlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qanunvehedef.az-a verilən məlumata görə, təlimlər “Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair” metodiki göstərişlərə uyğun şəkildə, 10 nəfərdən ibarət qruplar halında təşkil edilir.
İlkin mərhələdə koronavirus pandemiyası ilə əlaqədar təlimlərində fasilə yaranmış 1102 nəfərin təlimləri davam etdirilir. Növbəti mərhələdə isə 1804 iştirakçı təlimlərə cəlb ediləcək. Bu ilin əvvəlindən artıq 2600 nəfər proqram üzrə təlimlərə cəlb edilib.
Təlimlər zamanı biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədilir.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar