Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycan-İran sərhədində atışma: ölən var

Baxılıb: 492     Tarix: 18-06-2020 15:08   
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirir.
DSX-nin Mətbuat Mərkəzindən Qanunvehedef.az-a verilən məlumata görə, iyunun 17-si saat 21:40 radələrində Dövlət Sər­həd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad ra­yo­nunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti əra­zi­sində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azər­baycan Res­publikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olunmuşdur. Sərhəd pozucularının silah və gecə görmə cihaz­ları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd bö­yük kisədə yük müşahidə edilmişdir.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti əra­zi qa­pa­dılmış, İİR sərhədçiləri hadisə haqqında məlumatlandırılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək ha­vaya xə­bər­darlıq atəşi açıl­mış­dır. Lakin sərhəd pozucuları əmrə tabe ol­mamış, sər­həd naryadına qarşı av­to­mat silahdan və “Vinçester” tipli tüfəngdən atəş açaraq sərhəd­çi­lərin həya­tına qəsd etmişlər.
Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uy­ğun olaraq silah tətbiq olun­muş, sərhəd pozucularından biri güllə ya­rası almış və İİR ərazisinə qaçmaq məqsədilə sərhəd çayı olan “Bolqarçay”ı keçərkən suda ölmüşdür. Sərhəd pozucusunun cəsədi İran sərhədçiləri tərəfindən sudan çı­xa­rılmışdır. Digər sərhəd pozucuları əra­zi­nin sıx meşəlik, hava şəraitinin qa­ranlıq olma­sından istifadə edə­rək geri qaçmış və İİR sərhəd­çi­ləri tə­rəfindən öz ərazi­lərində saxlanılmışlar.
Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin gö­rüşü ke­çirilmişdir.
Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sər­həd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tə­rə­fin­dən hadisə ilə əlaqə­dar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.шаблоны для dle 11.2