Xəbər lenti
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
11/09/2026 [13:27]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bu çirkin kampaniyanın başında o dayanır

Baxılıb: 715     Tarix: 23-06-2020 10:55   

Şəxsimə qarşı çirkin kampaniyanın başında Əli Kərimlinin şəxsən özü durduğunu statusunda etiraf etdi. Xaricdən qohumları vasitəsilə əxlaqsız kampaniyaya da özünün start verdiyi şübhəsizdir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa ona qarşı aparılan çirkin kampaniyanı təşkil edənlərdən danışarkən deyib. Deputat bildirib ki, hakimiyyətə müxalif olan bir qrupun əslində dövlətə qarşı düşmən münasibət sərgilədiyi göz qabağındadır:
“Əli Kərimlinin buradakı trolları vasitəsilə yalandan adımıza sözlər uyduraraq sosial şəbəkədə söyüş kampaniyası aparanlara qarşı ən sərt formada mübarizəmiz davam edəcək. Bizim üçün fərq etməz, kimliyindən asılı olmayaraq bu millətin haqqını qarşımıza çıxan bütün yaramazların qarşısında müdafiə edəcəyik”.
Millət vəkili bildirib ki, ona qarşı çirkin kampaniya aparanlara başqa ölkələrin dini qruplarının dəstək verdiyi də üzə çıxıb:
“Ajiotajları fiaskoya uğrayıb. Polislər cəzalandırılandan sonra zərərçəkmişlərin özlərini qarışdırıcılıq üçün alətə çevirmələrinə yol verməməsi bunları əsəbləşdirib. Dağıstan məsələsini də dövlətə qarşı iğtişaş motivinə çevirə bilmədilər. İndi də koronavirusun yaratdığı çətinlikləri bəhanə edərək yeni dalğanın baş verməsini gözləyirlər. Bu cür metodlarla Azərbaycan dövlətini sarsıtmanın yolverilməz olduğunu bir daha vurğulayaraq, bu ölkənin inqilabsız, təlatümsüz demokratikləşməsi üçün çalışmalarımız davam edəcək. Əvvəlcə bu koronavirus bəlasını atladaq, intizama əməl edək, ardınca hər kəs öz siyasi davasını sivil yolla aparmağa çalışar”.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar